Accessibility links

ABŞ-ın kredit reytinqi bundan sonra da enə bilər(YENİLƏNİB)

  • Amerikanın səsi

ABŞ-ın kredit reytinqi bundan sonra da enə bilər(YENİLƏNİB)

ABŞ-ın kredit reytinqi bundan sonra da enə bilər(YENİLƏNİB)

Standard and Poor’s kredit reytinqlərini müəyyən edən agentliyin icraçı direktoru Con Çambres deyib ki, ABŞ-ın kredit reytinqinin enəcəyini gözləmək olar. O gələn 6 ayla 2 il müddət arasında kredit reytinqinin enə biləcəyini bildirib.

Bu gün ABŞ televiziyasında danışan Con Çabers deyib ki, bu, ölkədə maliyyə durumunun daha da pisləşdiyi, ya da siyasi fikir ayrılıqlarının dərinləşdiyi halda baş verə bilər. Onun sözlərinə görə, ABŞ-ın kredit reytinqi milli borc sabitləşənə və rəsmi Vaşinqton konsensus əldə etməyə qadir olana qədər belə görünür yaxşılaşmayacaq.

Ağ evin müşaviri Deyvid Akselrod CBS tele-şirkətinə müsahibədə ABŞ-ın reyqintinin endirilməsində onun ifadəsilə borc həddiin qaldırlımasına dair razılıq əldə etmək deyil, “ölkəni borc içində görmək istəyən” qanunvericiləri günahlandırıb. ABŞ Mərkəzi Bankının keçmiş başçısı Alan Qrinspen isə NBC tele-şirkətinə müsahibə zamanı deyib ki, Amerika fond birjasının reytinqin endirilməsinə mənfi reaksiya verəcəyini gözləyir.

Şənbə günü ABŞ-ın Maliyyə naziriyi S&P-nin qərarını tənqid edərək reytinq agentliyinin çıxardığı nəticəni qüsurlu adlandırıb. Nazirlik ABŞ-ın gələn on il üçün defisiti hesablanılarkən 2 trilyon dollar səhv edildiyini göstərib. S&P səhvin olduğunu etiraf edib, lakin qərarını dəyişməyib.

XS
SM
MD
LG