Accessibility links

Enerji qiymətlərinin qalxması ABŞ iqtiadiyyatında inkişafı bu ilin ilk üç ayında zəiflədib (audio)


Enerji qiymətlərinin qalxması ABŞ iqtiadiyyatında inkişafı bu ilin ilk üç ayında zəiflədib (audio)
Enerji qiymətlərinin qalxması ABŞ iqtiadiyyatında inkişafı bu ilin ilk üç ayında zəiflədib (audio)

İqtisadi yavaşıma gəlir-vergisinə də təsir göstərərək hökuməti büdcə, xərclər və iş yerlərində ixtisarlar etməyə məcbur edir

Enerji qiymətlərinin qalxması və yerli hökumət xərclərinin azalması ABŞ iqtiadiyyatında inkişafı bu ilin ilk üç ayında zəiflədib. Lakin bir çox mütəxəssislər bu ilin qalan aylarında iqtisadi inkişafın güclənməyə başlayacağını deyirlər. ABŞ Ticarət Departamenti bu gün deyib ki, bu il ABŞ-ın ümumdaxili istehsalı illik normanın ilk kvartalında 1.8 faiz artıb. Bu, 2010-cu ilin son 3 ayındakı 3.1 faiz illik normaya nisbətdə sərt enişdir. İqtisadçılar yanacaq qiymətinin qalxmasının inkişaf faizinə mənfi təsir göstərdiyini deyirlər.

İstehlakçılar enerjiyə çox pul xərcləyəndə, başqa şeylərə xərcləmək üçün pul azalır. İstehlakçı xərcləri ABŞ-ın bütün iqtisadi fəaliyyətinin 70 faizini təşkil edir. Beləliklə istehlakçı xərclərinin cüzi artımı təlabatı və inkişafı azaldır.Tokyo-Mitsubishi bankının baş maliyyə təhlilçisi Kriz Rupkey fərdi xərcləri və biznesə investisiya qoyuluşlarını yenidən canlandıracaq əlamətlər gördüyünü deyir.

Kriz Rupkey: `Ümumdaxili istehsalın ürəyi, canı hesab edilən istehlakçı xərcləri 2.7 faizdir. Bu, bir ay əvvəlkindən daha böyük rəqəmdir, və biznes kapital xərcləri 11.6 faizdə güclü olmaqda davam etməkdədir.`

Rupkey Bloomberg maliyyə xəbər agentliyinə müsahibə verib. ABŞ mərkəzi bankında rəsmilər yüksək yanacaq qiymətlərinin müvəqqəti problem olduğuna inandıqlarını deyirlər, və iqtisadi inkişafın bu ilin qalan hissəsində yenidən təxminən 3 faizə qalxacağını proqnozlaşdırırlar. Ağ Evin iqtisadi məsələlər üzrə məsləhətcisi Austin Qulsbi Obama administrasiyasının iqtisadi inkişafa vergi rüsumlarında ixtisarlar həyata keçirməklə kömək etdyini deyir. O, deyir ki, böhran dövründə itirilən milyonlarla iş yerlərini geri qaytarmaq üçün daha sürətli inkişaf vacibdir.

Enerji qiymətlərinin qalxması ABŞ iqtiadiyyatında inkişafı bu ilin ilk üç ayında zəiflədib (audio)
Enerji qiymətlərinin qalxması ABŞ iqtiadiyyatında inkişafı bu ilin ilk üç ayında zəiflədib (audio)

Cümə axşamı işsizlik təzminatı üçün qeydiyyata düşən amerikalıların sayının 25 000 nəfər artaraq 429 000-ə çatması haqda xəbər narahatedici idi. Bu, sağlam iş bazarında olan rəqəmlərdən yüksəkdir. Amma bu yaxınlarda baş verən ən dəhşətli böhrandakı rəqəmlərdən də olduqca aşağıdır. İqtisadçı Rupkey deyir ki, iqtisadi inkişaf yaxşılaşsa həftəlik işsizlik müraciətlərinin sayı azalmalıdır.

Kriz Rupkey: `Biz son vaxtlarda yanacaq qiymətlərinin qalxması üzündən iqtisadiyyatın zəifləməsinə əmin olmaq üçün ilkin işsizlik iddialarının sayının gələn həftələrdə 400 000-dən aşağı düşdüyünü görməliyik.`

Ümumdaxili istehsalın artmasına böhranın uzun sürməsi də təsir göstərib. İqtisadi yavaşıma gəlir-vergisinə də təsir göstərərək hökuməti büdcə, xərclər və iş yerlərində ixtisarlar etməyə məcbur edir. İqtisadçılar və investorlar ümumdaxili istehsalı diqqətlə izləyirlər. Ona görə ki, bu, iqtisadiyyatın daha səhih göstəricisi, və ölkədə istehsal edilən bütün əmtəə və xidmətləri hesablamaq üçün effektiv üsuldur.

XS
SM
MD
LG