Accessibility links

ABŞ-ın Maliyyə naziri vəzifəsində qalacaq


ABŞ-ın Maliyyə naziri vəzifəsində qalacaq
ABŞ-ın Maliyyə naziri vəzifəsində qalacaq

ABŞ-ın Maliyyə naziri Timoti Geytner prezident Barak Obamaya vəzifəsində qalacağını deyib. Maliyyə nazirliyi bu gün bildirib ki, Geytner ölkədə iqtisadi qeyri-müəyyənlik dövründə problemlərlə məşğul olmaq üçün vəzifəsində qalacaq. Geytner bu ilin əvvəli Ağ ev rəsmilərinə borc həddinin yüksəldilməsilə bağlı danışıqlar başa çatdıqdan sonra istefa verəcəyini söyləmişdi. Borc həddinin artırılması ilə bağlı danışıqlar dalan dirəndiyi zaman bəzi respublikaçı tənqidçilər maliyyə nazirinin vəzifədən getməsinə çağırmışdı. Ekspertlər hazırda ABŞ-ın kredit reutinqi endirilməsinin fond birjasına mənfi təsir göstərəcəyini proznozlaşdırır.

XS
SM
MD
LG