Accessibility links

Birləşmiş Ştatların iki qanunvericisi Misirin dalana dirənmiş siyasi durumuna yardım etmək məqsədi ilə o ölkədə səfərdədir.

Senatorlar müvəqqəti hökumətin liderlərini ölkədəki böhranın həlli məqsədi ilə dialoq yaradılması üçün islamçıların azad edilməsinə çağırıb.

ABŞ-ın Misirdəki səfirliyində təşkil edilən mətbuat konfransında Qraham deyib ki, həbsdə olanlarla dialoq aparmaq qeyri-mümkündür.

Senatorlar Con Makkeyn və Lindsi Qraham Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Misirdə hakimiyyətin tez bir zamanda mülki idarəçiliyə keçməsi barədə fikirlərini çatdırır.

Senatorların artıq ordu başçısı Əbdül Fəttah Əl-Sessi ilə görüşdüyünü bildirilir.

ABŞ qanunvericilərinin ölkənin müvəqqəti prezidenti Ədli Mənsurla da görüşməlidir.

Onların Müsəlman Qardaşları partiyasının üzvləri ilə görüşüb-görüşməyəcəyi bəlli deyil. Partiya prezident Məhəmməd Mursinin devrilməsindən sonra keçid prosesində iştirak etməkdən imtina edir.
XS
SM
MD
LG