Accessibility links

İkinci debatda kim qalib gəldi?


Respublikaçı Donald Trampla demokrat Hillari Klinton arasındakı növbəti debat ABŞ siyasi tarixindəki debatlarda ən sərt dili ilə yadda qaldı. Ancaq təhlilçilər deyir ki, bu debat noyabrın 8-də keçiriləcək seçkilərdən öncə Hillari Klintonun əldə etdiyi üstünlüyə ciddi təsir göstərməyəcək.

Pol Rayan Trampı dəstəkləməyəcək

Ölkənin ən yüksək seçkili vəzifədə olan şəxsi Nümayəndələr Palatasının spikeri Pol Rayan Respublikaçı həmkarlarına bildirib ki, o, daha Donald Trampı müdafiə etməyəcək.

Pol Rayanın qeydlərini izləmiş bir şəxs isi deyir ki, o, mübarizədən geri çəkildiyini bildirməyib, sadəcə Tramp üçün təbliğat kampaniyası aparmağı rədd edib.

Vaşinqtondakı Corctaun Universitetindən politoloq Stefan Veyn Amerikanın Səsinə açıqlamasında bildirib ki, bazar günü keçirilən debat hər iki namizədə dəstək qazandırsa da, kampaniyanın axarına ciddi təsir edəcəyi ehtimal olunmur.

Vaşinqtondakı Corctaun Universitetindən politoloq Stefan Veyn Amerikanın Səsinə açıqlamasında bildirib ki, bazar günü keçirilən debat hər iki namizədə dəstək qazandırsa da, kampaniyanın axarına ciddi təsir edəcəyi ehtimal olunmur.

Bununla yanaşı, ötən həftəsonu NBC News və Wall Street Journal-ın birgə həyata keçirdiyi sorğu göstərir ki, amerikalı seçicilər Trampın qadınlar barədə nalayiq ifadələrini nəzərdən keçiriblər və bu nətəcələrə ciddi təsir göstərib. Belə ki, son sorğu Klintonun Trampdan 46-35 nisbətində öndə olduğunu göstərir. Burada artıq digər namizədin də yarışa qoşulduğu görünür.

Rasmussen Hesabatları tərəfindən həyata keçirilən başqa bir sorğu isə Klintonun 45-38 nisbətində öndə olması qənaətinə gəlib. Bu sorğunun bir hissəsi Donald Trampın 2005-ci ilə aid videosunun yayılmasından sonra keçirilib.

Debatda kim qalib gəldi?

Corc Vaşinqton Universitetindən siyasi elmlər professoru Con Saydsın fikrincə, Tramp nitqində xeyli düzəlişlərə yol versə də, bu onun sorğu göstəricilərinin yetərli qədər artması üçün kifayət olmaya bilər.

Ancaq bəzi sorğular bu debatda da Hillari Klintonun qalib gəldiyinə işarə edir.

CNN-nin keçirdiyi sorğuda Klintonun debatda Trampa 57 faizlə qalib gəldiyini göstərir. Respondentlərin yalnız 34 faizi Trampın qalib gəldiyini düşünür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG