Accessibility links

ABŞ-da prezident seçkiləri kampaniyası başa çatmaq üzrə olsa da, respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son gündə də intensiv təşviqatı davam etdirir.

Bu, bərabər olmasa da, çox yaxın və rəqabətli mübarizədir. Klintonun qalib olmaq şansları daha çox görünür.

Kampaniya zamanı açıq və sərt danışan daşınmaq əmlak maqnatı Donald Tramp bu gün kampaniyasını 5 ştatda keçirdiyi təbliğat yürüşləri ilə başa vurur. O, bu kampaniyası ilə sorğuların öndə olduğunu göstərdiyi rəqibi Hillari Klintona qalib gəlməyə çalışır. Xanım Klinton isə bu gün 3 ştatda 4 kampaniya görüşünə qatılır. O, Pensilvaniya, Miçiqan və Şimali Karolinaya üz tutub. Tramp isə bu ştatlardan əlavə Florida və Nyu-Hempşirə də yollanıb.

Bu 5 ştatın hamısı mübarizənin ən yaxın olduğu ştatdır və bunlar 45-ci prezidentin müəyyən olunmasında mühüm rol oynayacaq.

"Bu, bərabər olmasa da, çox yaxın və rəqabətli mübarizədir. Klintonun qalib olmaq şansları daha çox görünür" - deyə siyasi analitik Natan Qonzales Amerikanın Səsinə açıqlamasında bildirib.

ABŞ-da keçirilən siyasi sorğular hələ də Klintonun azacıq da olsa öndə olduğunu göstərir. Aradakı fərq təxminən 2-3 faiz təşkil edir. Seçkilərin nəticəsini 50 ştat və paytaxt Vaşinqtonda keçirilən səsvermə müəyyən edir. Əhalisi çox olan ştatların Elektoral Kollegiyada elektorlarının sayı daha çoxdur. Qələbə qazanmaq üçün namizədlərdən 538 mövcud elektordan ən azı 270-ni əldə etmək tələb olunur. Elektorların sayını ölkəboyu keçirilən seçkilərin nəticəsi müəyyən edir.

XS
SM
MD
LG