Accessibility links

Səsvermə yaxınlaşdıqca namizədlər tərəfdarlarını fəallığa çağırır [Video]


Səsvermə yaxınlaşdıqca namizədlər tərəfdarlarını fəallığa çağırır
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Birləşmiş Ştatlarda bir il yarımdır davam edən prezidentlik kampaniyası sona çatmaq üzrədir. Həm ölkə daxilində, həm də xaricdə seçkilərin nəticələri səbirsizliklə gözlənilir. Namizədlərin yeni ideyalarla çıxış edəcəyi ehtimalı çox azdır. Lakin aralarında səs fərqinin və vaxtın az olduğu bir vaxt demkrat Hilları Klintonla respublikaçı Donald Tramp hər səs uğrunda mübarizə aparır. Onsuz da ağır retorikalar kəskin xarakter alıb.

Florida, Şimali Karolina və Pensilvaniya kimi böyük elektoral səslərə malik olan ştalarda namizədlər və onların tərəfdarları kampaniyalarını davam etdirir. Bəzən onlar biri-birinin nəzərindən qaçmır. “Mən Mayamini tərk edəndə Hərbi Hava Qüvvələrin təyyarəsini gördüm, öz-özümə dedim, görəsən kim gəlib? Bu, bizim prezidentimiz imiş, Hillarinin kampaniyasında təbliğat aparmaq üçün gəlibmiş” deyə, Donalt Tramp bildirib.

Tramp seçicilərinə Hilları Klintonun Email problemləri ilə bağlı xəbərdarlıq edib. O deyib ki, Hillari prezident olsa, bu, onun həyat yoldaşının prezident olduğu vaxt kimi vergi ödəyicilərinə baha başa gələcək. “Yəqin ki, onun işi ilə bağlı uzun illər istintaq aparılacaq. Yəqin ki, cinayət işi açılacaq. Bu isə uzun illər qarışıqlıq deməkdir. Bizə belə prezident lazım deyil, bizə gəlib, işinə başlayan prezident lazımdır.”

Trampın həyat yoldaşı Melani də Respublikaçıların Pennsilvaniyada keçirilən konqresində seçicilər qarşısında çıxış edib. “O, Vaşinqtonda birliyiə, xaricdə isə Amerikaya hörmətin bərpasına söz verib. Bu adi kampaniya deyil, bu, hərəkatdır.”

Klinton və onun kampaniyası isə Amerikanın belə bir hərəkatdan qorxulmalı olduğunu deyib. “Əgər Donald Tramp seçilsə, bizim baş komadanımız dərin düşüncəyə malik olmayan, nüvə silahını dəstəkləyən, xarici liderləri təhqir edən, Twitter müharibəsindən əsl müharibəyə sürükləyə biləcək təhlükəli bir şəxs olacaq”.

Hillari Klinton Şimali Karolinada yürüş keçirdiyi bir vaxt, prezident Obama onu Floridadakı kampaniyasında təmsil edib. “Mənim adım bülletendə olmasa da, bülletendə əlalət var. Ədalət seçkidədir. Bütün tərəqqi səsvermədə, mühacirət islahatları səsvermədədir. Demokratiya səsvermədədir.”

Seçicilərə isə təzyiqlər artmaqdadır, əsasən də erkən səsvermədə iştirak etməyən seçicilərə.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG