Accessibility links

Prezident Obama iqtisadi inkişafın sürətlə getməməsinin məsuliyyətini öz üzərinə götürür

  • Amerikanın səsi

Prezident Obama iqtisadi inkişafın sürətlə getməməsinin məsuliyyətini öz üzərinə götürür

Prezident Obama iqtisadi inkişafın sürətlə getməməsinin məsuliyyətini öz üzərinə götürür

ABŞ prezidenti Barak Obama deyib ki, onun partiyasının Konqres seçkilərində məğlub olması Birləşmiş Ştatlar iqtisadiyyatının ağır vəziyyətilə bağlı dərin narazılığı əks etdirir. Cənab Obama Ağ Evdə müxbirlərin suallarına cavab verərək deyib ki, o, iqtisadi inkişafın sürətlə baş vermədyinə görə məsuliyyəti öz üzərinə götürür. O həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasında əksəriyyət əldə edən Respublikaçılarla birgə işləməyə söz verib. Respublikaçılar Konqres seçkilərində Nümayəndələr Palatısının nəzarətini demokratlardan almaqla yanaşı, Senatda da uğur qazanıblar. Konqres yeni tərkibdə yanvar ayında işə başlayacaq. Konqresmen Con Beyner Nümayəndələr Palatasının yeni spikeri olacaq. ABŞ prezidentinin mətbuat konfransından öncə danışan konqresmen Beyner deyib ki, yeni Respublikaçı əksəriyyət Amerika xalqının səsi olacaq.

XS
SM
MD
LG