Accessibility links

ABŞ-ın Gürcüstandakı səfiri: Seçkilər gürcü xalqının istəyini əks etdirir


Səfir Riçard Norland ABŞ-ın Gürcüstanın yeni hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib

ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland Gürcüstanda parlament seçkilərilə bağlı bəyanatla çıxış edərək, səsvermənin gürcü xalqının istəklərini əks etdirdiyini deyib. “Gürcü xalqını Gürcüstanda demokratiyanın inkişafında tarixi bir mərhələni əks etdirən seçkilərə görə təbrik edirik”-deyə səfir bəyanatında bildirib.

Amerika diplomatı Birləşmiş Ştatların Gürcüstanın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu deyərək, prezident Mixail Saakaşvilinin ölkədə demokratiyanın möhkəmlənməsi yolunda daha mühüm bir mərhələdə liderliyi və Gürcüstanın problemlərinin həllinə dövlətçilik mövqeyindən yanaşmasını qeyd edib.

ABŞ səfiri bu bəyanatı prezident Saakaşvilinin Milli Birlik Hərəkatının parlament seçkilərində məğlub olduğunu etiraf etməsi və Bidzina İvanişvilinin başçılıq etdiyi koalisiyanın yeni hökuməti formalaşdıra bilməsini elan etməsindən sonra verib.
XS
SM
MD
LG