Accessibility links

Ağ Evdə ABŞ-Avropa zirvə görüşü keçirilib

  • Amerikanın səsi

Ağ Evdə ABŞ-Avropa zirvə görüşü keçirilib

Ağ Evdə ABŞ-Avropa zirvə görüşü keçirilib

Avropa liderləri ABŞ prezidenti Barak Obama ilə bu gün keçirilən görüşdə borc böhranını həll etmək üçün 17 ölkənin yaratdığı avro zonasında daha güclü iqtisadi inteqrasiyaya nail olmağa söz veriblər.

Avropa Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso avro valyutasından istifadə edən ölkələrdə hökumət xərclərinə nəzarət edilməsinə çağırıb. Cənab Van Rompuy deyib ki, avro zonası üçün yeni iqtisadi plana dair yol xəritəsinin dekabrın əvvəli Avropa İttifaqının zirvə görüşündə təqdim ediləcəyini bildirib.

Ağ Evdə prezident Obama ilə Avropa-ABŞ zirvə görüşündən sonra danışan Barroso deyib ki, Avropa liderləri hazırkı çətinlikləri aradan qaldırmaq əzmindədir.

Cənab Obama deyib ki, ABŞ Avropaya borc böhranından çıxmaq üçün lazımi köməyi etməyə hazırdır. O, böhranın ABŞ iqtisadiyyatına təsirini qeyd edib, lakin Birləşmiş Ştatların hansı addımları atacağını göstərməyib.

XS
SM
MD
LG