Accessibility links

ABŞ Konstitusiyası Amerika bayrağının yandırılmasını necə müdafiə edir?


ABŞ Konstitusiyası Amerika bayrağının yandırılmasını necə müdafiə edir?
please wait

No media source currently available

0:00 0:02:05 0:00

ABŞ Konstitusiyası Amerika bayrağının yandırılmasını necə müdafiə edir?

Ağ Ev ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Trampın Birləşmiş Ştatlar bayrağını yandıracaq şəxslərin cəzalandırılmalı olması ilə bağlı fikirlərini dərhal münasibət bildirərək bu fikirləri rədd edib. Donald Tramp bu həftə Twitter-də belə bir yazı bölüşmüşdü: “Heç kəsə Amerika bayrağını yandırmağa icazə verilməməlidi - əgər yandırsa, bunun nəticələri olmalıdır – onların ya vətəndaşlığı əlindən alınmalı, ya da 1 illik həbsə məhkum olmalıdırlar!” 1989-cu ildə ABŞ Ali Məhkəməsi qərar çıxararaq bildirmişdi ki, bayraq yandırılması ABŞ Konstitusiyasında ifadə azadlığının bir forması kimi müdafiə olunur.

ABŞ bayrağının yandırılması Amerikada dəstəklənməyən müharibələr və siyasətlərə qarşı ən çox yayılmış etiraz formasıdır. Ancaq amerikalıların çoxu bu addımı ölkənin mühüm simvoluna qarşı təhqir hesab edir. Müharibə veteranları isə bunu həlak olmuş Amerika əsgərlərinə hörmətsizlik kimi görür.Ağ Ev sözçüsü Coş Ernest bildirib ki, amerikalıların özlərini istədikləri kimi ifadə etmələri Konstitusiyada aşkarlığı ilə öz əksini tapıb: "Oxşar azadlıqlara din, ifadə, xəbər yaymaq kimi azadlıqlar daxildir ki, bunlar da Konstitusiyada yer alır və bu hüquqlarımızı qorumağa dəyər".

Bir çox amerikalıları, mən də daxil olmaqla, amerikalıların əksəriyyəti bayrağın yandırılmasını təhqiramiz hesab edir. Ancaq bizim ölkə olaraq Konstitusiyada əks olunan hüquqları qorumağa dair öhdəliyimiz var.
Ağ Evin sözçüsü Coş Ernest

Ernest bildirib ki, bu hüquqlar yalnız onlarla razılaşan zaman deyil, həm də fikirlərimizə zidd olan zaman da müdafiə olunmalıdır.

"Bir çox amerikalıları, mən də daxil olmaqla, amerikalıların əksəriyyəti bayrağın yandırılmasını təhqiramiz hesab edir. Ancaq bizim ölkə olaraq Konstitusiyada əks olunan hüquqları qorumağa dair öhdəliyimiz var” - deyə Coş Ernest bildirib.

Trampın bayraq yandıranların cəzalandırılması barədə tvit yazmasına nəyin səbəb olması barədə dəqiq məlumat olmasa da, politoloq Klaus Larres bunun yaxşı fikir olmadığını bildirir: "İnanmıram ki, bayraq yandırmağı kriminalladırılması ölkədəki müzakirələrə və seçilmiş liderlərlə ictimai fikir arasındakı debatlara kömək etsin".

Twitter əsasən gənclərin istifadə etdiyi vasitədir və inanclar, şəxsi fikirlər və sair məsələləri Amerika ictimaiyyətinə çatdırmaq üçün növbəti president və ya siyasi liderlər tərəfindən istifadə edilməməlidir
Politoloq

Larres həmçinin Trampın mühüm siyasətlərə dair baxışlarını Twitter vasitəsilə çatdırmasını sual edir: "Twitter əsasən gənclərin istifadə etdiyi vasitədir və inanclar, şəxsi fikirlər və sair məsələləri Amerika ictimaiyyətinə çatdırmaq üçün növbəti president və ya siyasi liderlər tərəfindən istifadə edilməməlidir".

Son on illiklərdə Hillari Klinton da daxil olmaqla bir çox siyasətçilərin bayraq yandırılmasını qadağan etməsi cəhdləri uğursuzluğa düçar olub.

XS
SM
MD
LG