Accessibility links

Amerikanın xarici siyasəti və din [Video]


"Amerikanın xarici siyasətndə dinin rolu böyükdür, lakin buna həmişə anlayışlı yanaşılmır” deyə, Birləşmiş Ştatların dövlət katibi bildirib. Con Kerri din və diplomatiyanın kəsişməsi ilə bağlı fikirlərini Texas ştatının Rice universitetində etdiyi çıxışı zamanı açıqlayıb.

Con Kerry tarix boyu dinin dünyada siyasi və iqtisadi sahələrdə böyük rol oynadığını, bunun bu gün də davam etdiyini deyib. “Bu gün nəinki dünyanın başqa qitələrində, hətta bizim ölkədə belə, dinin insanların davranışına, seçiminə, dəyərlərinə böyük təsiri var. Bu, bəzilərini müharibəyə sürükləyir, bəzilərini isə sülhü seçməyə məcbur edir. Bəziləri dəyişməyə üstünlük verir, digərləri isə müasirliyə qarşı çıxaraq, köhnə yollara üstünlük verir.”

2013-cü ildə, ölkənin baş diplomatı təyin edildikdən az sonra Kerri Obama administrasiyasının təşəbbüsü ilə Dövlət Departamentində “Din və Global İşlər” şöbəsi yaratdı. Məqsəd dinlərarası əməkdaşlığın təşfiqi idi. “Məsələn, biz keçən il Nigeriyada dini liderlərin birgə seminarını keçirdik. Mövzu həm mənəvi, həm də praktiki idi, “Korrupsiya”. Korrupsiyanın ölkələrinə və icmalarına təsiri dini liderləri narahat etsə də, onlar bununla mübarizənin asan olmadığını etiraf etdi. Onlardan biri bunları dedi, “biz korrupsiya ilə mübarizəyə qalxanda, korrupsiya da bizə cavab zərbəsi endirir”. Buna görə də onlar əməliyyat planı hazırladılar ki, bu plana hər sahədə islahatlar aparılması, vətəndaşların xəbərdarlıq etməyə alışdırılması, onların korrupsiyanın insan həyatında yeri olmadığına dair mesajlarını çatdırması, zorakılıqlara son qoyulması daxil idi."

Cənab Kerri administrasiyasının əsas məqsədinın dünyada təqiblərə məruz qalan dini və etnik azlıqların qorunması olduğunu deyib və bunu bəşəriyyət üçün fundamental sınaq adlandırıb. “Biz hesab edirik ki, insanlar heç bir qorxu olmadan dində seçim edə bilməli, dinlərini dəyişə, dinləri haqda azad şəkildə danışa və dinlərini tədris edə bilməlidirlər. Və bütün bunlar insanların sayından asılı olmamamalıdır, Azlıqlar çoxluqlarla eyni hüquqa malik olmalıdırlar.”

Dövlət katibi İslam Dövləti kimi ekstremist qrupların din pərdəsi altında vəşhiliklər və dini azlıqlara qarşı soyqırımlar törətdiyini deyib.

XS
SM
MD
LG