Accessibility links

ABŞ-ın 2015-ci il üçün xarici siyasəti [Video]


Birləşmiş Ştatların 2014-cü ildə dünya boyu tamamlanmamış bir çox işləri qalıb

Keçən ildən bəzi problemlər qalmaqda davam etdiyi bir vaxt, 2015-ci il yeni problemlərlə start götürdü. Birləşmiş Ştatların 2014-cü ildə dünya boyu tamamlanmamış bir çox işləri qaldı.

“13 ildən sonra bizim Əfqanıstandakı missiyamız başa çatacaq,” deyə, prezident Obama bildirir.

​Dekabr ayında prezident Obama Əfqanıstanda ən uzun sürən müharibəyə son qoydu. Lakin Pentaqon rəsmiləri deyir ki, 2015-ci il Birləşmiş Ştatların bu bölgəyə yardımının sonu demək deyil. Pentaqon sözçüsü Con Kirbi: “31 dekabr bizim oranı tamamilə tərk etməyimiz demək deyil, biz oradayıq və orada qalmaqda davam edəcəyik.”

Əfqanıstanda qalan on min nəfərədək əsgəri qüvvə bu il hava hücumları və terrorizmə qarşı mübarizə sahəsində təlimlər keçəcək. Bu, Əfqanıstan ordusuna Talibanın artan hücumlarının qarşısını almaq üçün yardım olacaq.

ABŞ eləcə də, 2014-cü ildə İraq və Suriyanın böyuk ərazilərini nəzarətinə alan və qərblilərin başını kəsən İslam Dövləti yaraqlılarına qarşı mübarizəni davam edəcək. Təhlilçilər hava hücumlarının müsbət nəticələr verdiyini deyirlər. Yaxın Şərq İnstitutundan Pol Salem: “Fikrimcə Kürd ordusu və baş qərargahı Bağdadda olan milli ordu ABŞ-ın köməkliyi ilə 2015-ci ildə tərəqqi əldə edəcək.”

Bundan əlavə, Birləşmiş Ştatlar və dünyanın 5 qüdrətli ölkəsi nüvə proqramı ilə bağlı İranla razılıq əldə etmək yolunda işi davam etdirəcək. Dövlət katibi Con Kerri: “Bu danışıqlar birdən-birə asanlaşmayacaq. Bu danışqılar çox sərtdir və sərt olmaqda da davam edəcək.”

Bütün bunlardan savayı. Respublikaçılar ABŞ Konqresində nəzarəti ələ aldılar ki, bu da təhlilçilərin fikrincə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Brukinqs institutundan Robert Aynhorn: “Konqres əlavə sanksiyalar tətbiq etməyə can atır.”

Sanksiyaların artırılması Rusiya ilə gərginliyin daha da güclənməsi deməkdir. Bunu ABŞ Rusiyanın Ukraynadakıl separatçılara dəstəyinə görə etmişdi və bu sanksiyalar Rusiya iqtisadiyyatının çökməsinə gətirib çıxardı. Lakin Ukrayna böhranı ABŞ rəsmiləri arasında mübahisəyə səbəb olub.

Dövlət katibinin yardımçısı Erik Rubin: “ABŞ-Rusiya münasibətlərini bitmiş hesab etmirik. Onu daha yaxşı duruma gətirməliyik.”

Birləşmiş Ştatlar deyir ki, digər şərtlərlə yanaşı yalnız Rusiya ordusunu Ukrayna ərazisindən çıxardıqdan sonra sanksiyalar qaldırıla builər.

Hələ Şimali Koreyanı da yaddan çıxarmaq olmaz. Birləşmiş Ştatlar təhqiqatçıları noyabrda Sony şirkətinə edilən kiber hücumları Pxenyanla əlaqələndirdi. Buna cavab prezident Obama yeni ilin ilk xarici siyasi addımı olaraq Şimali Koreyaya sanksiya tətbiq etdi.

XS
SM
MD
LG