Accessibility links

Obama: ABŞ Gürcüstanla azad ticarətə dair müqaviləni nəzərdən keçirir

  • Amerikanın səsi

Obama: ABŞ Gürcüstanla azad ticarətə dair müqaviləni nəzərdən keçirir

Obama: ABŞ Gürcüstanla azad ticarətə dair müqaviləni nəzərdən keçirir

Prezident Obama ABŞ-la Gürcüstan arasında azad ticarətə dair müqavilənin nəzərdən keçirildiyini bildirib.

Gürcüstan prezidenti Mixail Saakaşvilini bazar ertəsi günü Ağ Evdə qəbul edən cənab Obama deyib ki, hər iki ölkə ticarət əlaqələrinin möhkəmləndirilməsinə dair danışıqların keçirilməsinə dair razılıq əldə edib. ABŞ lideri bildirib ki, buraya azad ticarətə dair mümkün müqavilə də daxildir.

Prezident Mixail Saakaşvili Birləşmiş Ştatlarla azad ticarət' dair müqavilənin Gürcüstan üçün çox böyük əhəmiyyəti olduğunu bildirib. O deyib ki, heç bir qüvvənin Gürcüstanı demokratiya quruculuğu yolunda tərəqqidən çəkindirməsi, ya da ölkəni avtokratik idarə və korrupsiya yoluna qaytarması mümkün deyil.

Cənab Obama bildirib ki, gürcülər onun sözlərinə bütün dünyaya nümunə ola biləcək suveren və demokratik ölkə qurduqlarına görə qürur hissi duymalıdır. O, ABŞ-ın Əfqanıstan müharibəsinə verdiyi töhfələrə görə Gürcüstana minnətdar olduğunu v' Vaşinqtonun Gürcüstanın NATO-ya üzv olmaq istəyini dəstəklədiyini bildirib.

XS
SM
MD
LG