Accessibility links

Nasist ölüm düşərgəsində gözətçi olmuş Con Demyanuk vəfat edib

  • Amerikanın səsi

Keçmiş nasist ölüm düşərgəsinin gözətçisi Con Demyanuk bu gün 91 yaşında vəfat etdib. O, keçən il Almaniyada düşərgədə 28 min məhbusun ölümündə iştirak etməkdə ittiham edilmişdi.

Almaniyanın Bavariya ştatının polisinin verdiyi məlumata görə, Demyanyuk Bad Felinbax şəhərində qocalar evində vəfat edib. Demyanyuk keçən il ay may ayında məhkum edilmişdi, lakin müraciəti gözlədiyi müddətdə azadlığa buraxılmışdı.

Ukraynada anadan olan Demyanyuk Holokost faciəsində hər hansı bir rol oynadığını inkar edərək, özünün nasistlərin qurbanı olduğunu bildirirdi. Məhkəmədə ifadə verdiyi zaman o, 1941-ci ildə sovet ordusunda xidmətə çağırıldığını, almanlar təfərindən müharibə əsiri kimi saxlandığını və düşərgəyə gözətçi təyin olunduğunu demişdi.

İkinci Dünya müharibəsindən sonra Demyanyuk ABŞ vətəndaşı olmuş və 2009-cu ildə məhkəmə qarşısına çıxarılmaq üçün Almaniyaya ekstradisiya edildiyi vaxta qədər Birləşmiş Ştatlarda yaşamışdır. Onun məhkəməsi Almaniyada ilk dəfədir cinayət törədildiyinə dair heç bir dəlil olmadan yalnız ölüm düşərgəsində gözətçi işlədiyinə görə kiminsə məhkum edildiyinə dair hüquqi bir presedent yaratmışdır.

Demyanyuk “İvan Qroznı” ləqəbi ilə tanınan düşərgə gözətçisi olduğuna görə 1988-ci ildə İsraildə məhkum edilmişdi. İsrailin Ali Məhkəməsi sonradan bu qərarı şəxsiyyətində səhv olan iş kimi ləğv etmişdi.

XS
SM
MD
LG