Accessibility links

ABŞ dünya ölkələrində dissidentlərə kömək üçün "kölgə" internet sistemi yaradır

  • Amerikanın səsi

ABŞ dünya ölkələrində dissidentlərə kömək üçün "kölgə" internet sistemi yaradır

ABŞ dünya ölkələrində dissidentlərə kömək üçün "kölgə" internet sistemi yaradır

The New York Times qəzetinin yazdığına görə, ABŞ hökuməti repressiv hökumətləri nüfuzdan salmaq istəyən dissidentlərə kömək məqsədilə “kölgə” internet sisteminin yaradılması üçün qlobal səylərə maliyyə ayırır. Qəzetdə dərc edilən məlumata əsasən, 2 milyon dollar maliyyənin ayırılması səylərinə Dövlət Departamenti başçılıq edir. The New York Times bildirir ki, buraya xarici ölkələrdə müstəqil mobil telefon şəbəkəsinin yaradılması da daxildir. Bu səylərə Misirdə keçmiş prezident Hüsnü Mübarəkin hökumətinin hakimiyyətinin son günləri ölkədə internet şəbəkəsini bağlaması təkan verib. Şimali Afrika və Yaxın Şərqdə dissidentlər hökumət əleyhinə nümayişləri əlaqələndirmək üçün internetdən istifadə etmişdi.

XS
SM
MD
LG