Accessibility links

Quantanamoda hələ də 100-dən çox məhbus qalır

ABŞ hökuməti Kubada Quantanamo hərbi bazasındakı həbsxanadan azad ediləcək 55 məhbusun adını açıqlayıb.

Siyahıda 2001-ci ildə Birləşmiş Ştatlara qarşı 11 sentyabr hücumlarından 11 il sonra terrorçuluqda şübhəli bilinərək hələ də Quantanamoda saxlanılan 167 nəfərdən üçdə birinin adı yer alır.

Məhbusların çoxu Yəməndəndir. Prezident Barak Obama 2010-cu ildə ABŞ-ın məhbusların Yəməndə Əl-Qaidə yaraqlılarının bazalarına cəlb oluna bilməsi ilə bağlı narahatlıqlarına görə onların Quantanamodan azad edildikdən sonra Yəmənə qaytarılması prosesini dayandırıb.

Azad ediləcək məhbusların adlarının açıqlanması Obama administrasiyasının 2009-cu ildə onların adlarının məxfi qalması ilə bağlı qərarının dəyişdirilməsi kimi qiymətləndirilir.

Obama administrasiyası məhbusların başqa ölkələrə təhvil verilməsi imkanları ilə əlaqədar olaraq onların adlarının gizli saxlandığını bildirmişdi. Lakin cümə günü məhkəmə zamanı ABŞ hökuməti məhbusların təhvil verilməsi prosesi ilə əlaqədar vəziyətin dəyişdiyini bəyan edib. Hökumətin bildirdiyinə görə, 2009-cu ildən indiyə kiimi 29 məhbus vətəninə qaytarılıb, 40 məhbus isə üçüncü ölkyə təhvil verilib.

Amerika Vətəndaş Azadlıqları Birliyi ABŞ hökumətinin məhbusların adlarını açıqlamasını alqışlayaraq, şəffaflığın müəyyən qədər təmin edildiyini bildirib.
XS
SM
MD
LG