Accessibility links

New York Times:ABŞ İran körfəzində hərbi mövcudluğunu artırmağı planlaşdırır

  • Amerikanın səsi

New York Times:ABŞ İran körfəzində hərbi mövcudluğunu artırmağı planlaşdırır

New York Times:ABŞ İran körfəzində hərbi mövcudluğunu artırmağı planlaşdırır

New York Times qəzetinin verdiyi məlumata görə, Birləşmiş Ştatlar bu ilin sonuna qədər İraqdan hərbi qüvvələrin çıxarılması prosesi başa çatdıqdan sonra ABŞ əsgərlərinin İran körfəzində yerləşdirilməsinə dair Küveytlə danışıqlar aparır.

Qəzet yazır ki, danışıqlar ABŞ-ın İraqda təhlükəsiziliyin təmin edilməsi baş tutmadığı, ya da İranla hərbi münaqişə başladığı halda cəld reaksiya göstərə bilməsi üçün Körfəz regionunda hərbi mövcudluğunu artırmaq planlarının bir hissəsidir.

Qəzetin bildirdiyinə görə, Birləşmiş Ştatlar Küveytdə hazırkı qüvvələrə əlavə olaraq, regiona daha artıq hərbi gəmilərin göndərilməsini nəzərdən keçirir. Planlaşdırılan hərbi qüvvələrin həcmi müəyyən edilməyib.Qəzetin adları açıqlanmayan hərbi rəsmilər və diplomatlarla müsahibələrə əsasən verdiyi məlumat hələlik təsdiq edilməyib.

Qəzet yazır ki, ABŞ hökuməti Körfəz Əməkdaşlıq Şurasının bütün üzvləri-Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omanla hərbi əlaqələrin genişləndirilməsinə çalışır.

XS
SM
MD
LG