Accessibility links

Çikaqoda yeniyetmə qızın qətlə yetirilməsində əli olanlar həbs edilib


İllinoys ştatının Çikaqo şəhər polisinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda silah daşınmasına nəzarətlə bağlı müzakirələrin aparıldığı vaxt yeniyetmə bir qızın qətlə yetirilməsində əli olan iki nəfər həbs edilib.

15 yaşlı Hadiya Pendliton keçən ayın sonu dostları ilə birlikdə parkda yağışdan gizlənərkən sığınacaqda güllə ilə vurulub öldürülmüşdü.

Çikaqo polisinin işçisi Qari Makkartni bazar ertəsi müxbirlərlə görüşü zamanı şübhəlilərdən birinin keçən il rəqib cinayətkar təşkilatın üzvünü vurub yaralayan şəxs olduğunu deyib. O, şübhəlilərdən birinin 2011-ci ildə qeyri-qanuni silah daşıdığı üçün həbs edildiyini bildirib.
XS
SM
MD
LG