Accessibility links

Respublikaçılar səhiyyə islahatlarına dair qanunun dəyişdirilməsinə çağırırlar


Respublikaçılar səhiyyə islahatlarına dair qanunun dəyişdirilməsinə çağırırlar

Respublikaçılar səhiyyə islahatlarına dair qanunun dəyişdirilməsinə çağırırlar

Respublikaçılar cənab Obamanın planını əvvəldən tənqid edərək, onun çox baha başa gələcəyini və hökumətin səhiyyə sisteminə nəzarətinə gətirib çıxaracağını bildirirdilər

Respublikaçılar prezident Obamanı cümə axşamı son detallar təsdiq edildikdən sonra səhiyyə islahatları paketini ləğv edib, yenisi ilə əvəz etməyə çağırırlar. Respublikaçıların şənbə günü həftəlik müraciətində Senatda Respublikaçıların lideri Mitç Makkonnell deyib ki, səhiyyə sistemində islahatlara ehtiyac var, lakin bu, indiki qanunda olduğu kimi vergilər artırılmadan edilmlidir. Respublikaçılar cənab Obamanın planın əvvəldən tənqid edərək, onun çox baha başa gələcəyini və hökumətin səhiyyə sisteminə nəzarətinə gətirib çıxaracağını bildirirdilər. ABŞ Konqresi qanun layihəsini respublikaçıların səsləri olmadan təsdiq etmişdir. Mətbuatda verilən xəbərlərə görə, prezidenti Barak Obama islahatlar paketinə gələn həftə imza ataraq, daxili siyasəydə prioritet məsələ olan səhiyyə islahatlarına dair qanunvericilik prosesini başa çatdırmış olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG