Accessibility links

ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi səfir Holbruk ağır vəziyyətdə xəstəxanadadır


ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi səfir Holbruk ağır vəziyyətdə xəstəxanadadır
ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi səfir Holbruk ağır vəziyyətdə xəstəxanadadır

Ürək cərrahiyyə əməliyyatından sonra onun vəziyyəti pisləşib

ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi səfir Riçard Holbrukun Vaşinqtonda xəstəxanada ürək cərrahiyyə əməliyyatından sonra ağır vəziyyətdə olduğu bildirilir. Həkimlər Holbrukun ürək aortasına əməliyyat etmişlər. Dövlət Departamentinin sözçüsü Filip Krouli ailə üzvlərinin onunla bərabər olduğunu deyib. 69 yaşlı diplomat ABŞ-ın BMT-dəki səfiri kimi çalışmış, 1995-ci ildə Bosniya müharibəsinə son qoymuş Deyton sülh razılaşmasının baş memarı olmuşdu. Holbruk cümə günü Dövlət Departamentində Dövlət katibi Hillari Klintonla görüş zamanı özünü piss etdiyi üçün xəstəxanaya aparılmışdır. ABŞ prezidenti Barak Obama 2009-cu ildə Riçard Holbruku Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə təyin etmişdir.

XS
SM
MD
LG