Accessibility links

Dünya iqtisadiyyatının durumu və bayram alış-verişi [Video]


Bayram alış-verişi
please wait
Embed

No media source currently available

0:00 0:03:27 0:00
Bayram alış-verişi
please wait
Embed

No media source currently available

0:00 0:03:27 0:00

Bayrama az qalmış Birləşmiş Ştatların ticarət mərkəzləri minlərlə alıcı, dayanacaqlar isə avtomobillərlə doludur. Lakin böyük kütlə mühüm bir həqiqəti gizlədir: istehlakçı etimadı son 6 ayda ən aşağı səviyyəyə düşüb.

Wall Street Journal qəzetindən Dana Mattioli: “Bütün ticarət mərkəzləri panika içərisindədir. Bayram mövsümü yaxşı keçməyib.”

Satıcıları istehlakçı etimadı narahat edirsə, alıcıların düşüncəsinə başqa şey hakim kəsilib.

Yunanıstanda bayram dekorasiyalarına baxmayaraq, iqtisadi durum göz qarşısındadır. Altı ildir davam edən tənəzzüldən sonra yunanlar yeni ildə vəziyyətin daha gərgin olacağını düşünürlər. Hal-hazırda isə əksər yunanlar bəzədilmiş vitrinlərə baxmaqla kifayətlənirlər.

Corc Manikas adlı bu təqaüdçü pulunun ancaq ev kirəsi və ərzağa çatdığını deyir.
“İqtisadi vəziyyət o qədər pisdir ki, biz özümüzə heç nə ala bilmirik.”

İşsizlik səviyyəsi 26 faizə çatan İspaniyada isə mağaza sahibləri alıcı cəlb etmək üçün ərzağın qiymətini endirirlər. Qəssab Emilio Perez alıcıların xərcləməyə pullarının olmadığını deyir. “Keçən illə müqayisədə satış 20-30 faiz azalıb. İnsanların alıcılıq qabiliyyəti tamamilə əllərindən alınıb və biz bunu açıq-aşkar görürük”.

Lakin inflyasiya 9.3 faziə düşdüyü və pulun az olduğu Qanada alıcılar məsələyə fəlsəfi yanaşırlar. Vida Afforo adlı alıcı pulun çatmadığını, lakin durmadan bu haqda düşünməyə lüzum görmədiyini deyir. O deyir ki, əsas məsələ bizim həyatda olmağımızdır, uşaqlarımız və sevdiklərimiz üçün nə isə etməyə çalışmamızdır.

Lakin Amerikada ilin son ayında, alverin şiddətli gedən vaxtında mağaza sahibləri məmnundurlar. Alqı-satqı üzrə təhlilçi Bill Martin bayram alış-verişinə bir neçə gün qaldığını deyir. “Sahibkarlar ilin sonuna bir neçə gün qalmış alıcıların çoxlu alış-veriş edəcəklərinə ümidlərini itirməyiblər.”

Əsas narahatlıq isə ABŞ qanunvericilərinin illik büdcə məsələsində çəkişməsidir. Yüksək vergilərin yaradacağı iqtisadi şok və məsrəflərin avtomatik ixtisarları fonunda heç bir siyasi partiya güzəştə getməyə meyl göstərmir. Qoyulan möhlət is bitmək üzrədir.
XS
SM
MD
LG