Accessibility links

ABŞ-ın şərq bölgələrində şiddətli qar gözlənilir

  • Amerikanın səsi

ABŞ-ın şərq bölgələrində şiddətli qar gözlənilir

ABŞ-ın şərq bölgələrində şiddətli qar gözlənilir

Amerikalılar Milad bayramından sonrakı gün əlverişli endirimlərə görə yenidən alış-veriş etməyə başlayıb. Lakin soyuq hava şəraiti onların planlarını poza bilər. ABŞ-ın şərq sahilində şiddətli qar və küləklər gözlənilir. Hava proqnozlarına görə Nyu York və Boston şəhərlərində qar çovğunları nəticəsində qarın hündürlüyü 50 santimetrə çatacaq. Meyn ştatından Şimali və Cənubi Karolina ştatlarına qədər bütün şərq sahilində qar gözlənilir. Merilend və Virciniya ştatlarında qara görə fövqəladə vəziyyət elan edilib. Pis hava şəraiti dekabrın 25-i Milad bayramını ailə üzvləri ilə keçirmiş amerikalıların səfərlərini çətinləşdirir.

XS
SM
MD
LG