Accessibility links

Klinton ABŞ-ın insan alveri ilə mübarizə işinə sadiq qaldığını bəyan edib


ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatlar hökumətini müasir zəmanədə quldarlığın forması olan insan alveri problem ilə mübarizəyə sadiqliyini bir daha vurğulayıb.

ABŞ prezidentinin insan alverinə qarşı mübarizə aparan qrupun üzvlərilə illik iclasda danışan xanım Klinton sentyabr ayında prezident Abraham Linkolnun qulların azad edilməsinə dair bəyannaməni elan etməsinin 150 illiyinin tamam olduğunu xatırladıb. Amerikada Vətəndaş müharibəsi zamanı qəbul edilmiş bu sənəd üsyan edən cənub ştatlarında qul kimi saxlanan minlərlə qaradərili insanın azad edilməsinə yol açmışdır.

Klinton deyib ki, Obama administrasiyası insan alveri problemi ilə mübarizə işində inkişafa nail olub. O, problemlə mübarizə aparmaq üçün dünyanın 37 ölkəsinə maliyyə vəsaitinin aydrıldığı Qadınlar, Sülh və Təhlükəsizlik planını xüsusi qeyd edib.

Ağ Evdə keçirilən iclasda ABŞ-ın Daxili Təhlükəsizlik naziri CAnet Napolitano, USAİD agentliyinin başçısı Raciv Şah və administrasiyanın başqa rəsmi nümayəndələri iştirak ediblər.

XS
SM
MD
LG