Accessibility links

İyul ayı Amerikada Milli Dondurma Ayıdır [Video]


Amerikada Dondurma bayramı
please wait

No media source currently available

0:00 0:02:13 0:00
Dondurma sevən 90 faiz amerikalı bu ayın üçüncü bazar gününü Dondurma Günü kimi bayram edir.

Dondurma müsabiqəsinə start verilir. Dondurmanı ən tez bitirən iştirakçı müsabiqənin qalibi olur. Onlardan biri də Attikus Aklidir. Qalib gəlmək üçün Attikus əlindən gələni edir və qalib gəlir.

İdmançıların çoxu kimi o da çox danışmağı sevmir. Özünü hecə hiss edirsən sualına o, bilmirəm, deyə cavab verir.

Bəs görəsən Atikus paytaxt Vaşinqtonda keçirilən Milli Dondurma Ayı adlanan bu bayram haqda nə bilir?

İlk dəfə prezident Ronald Reyqan dondurmaların ləzzətinin dadılması üçün iyul ayını “Milli Dondurma Ayı” elan edib. O həmçinin iyulun üçüncü bazar gününün bayram kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.
İlk dəfə prezident Ronald Reyqan dondurmaların ləzzətinin dadılması üçün iyul ayını “Milli Dondurma Ayı” elan edib. O həmçinin iyulun üçüncü bazar gününün bayram kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Həmin il, 1984-cü ildən başlaayaraq dondurma sənayesində aşağı kalorili dondurmaların istehsalına başlanılıb.

Bazar günü yerli şirkətlər öz məhsullarını Vaşinqtonun Union Market adlanan ticarət mərkəzinə gətiriblər. Onların arasında qeyri-adi yolla dondurma düzəldən Feyt Holms da var. “Biz bu qazana maye halında azot tökürük və 90 saniyə ərzində dondurma əmələ gəlir.” deyə, o bildirir

Oskar Saravia adlı alıcı dondurma üçün ayın və günün müəyyən edilməsinin vacib olduğunu deyir. “Çünki bu fəsildə dondurma daha dadlı olur.”

Holms dondurmanın insan əhvalına təsirinin də vacib olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG