Accessibility links

Tarixi "Fornsvort Evi" [Video]


İllinoys ştatındakı "Fornsvort Evi" Amerikada ən tanınmış iqamətgahlardan biridir. Hər il bu məşhur iqamtgahı minlərlə turist ziyarət edir. Bu, demək olar ki, bütünlüklə şüşədən düzəldilmiş ev İllinoys ştatının Plano kəndində, Foks çayının sahilində yerləşir. Bu şüşə ev doctor Edit Fornsvortun sakitliyə çəkildiyi yerdir.

“Çikaqoda işləyən böyrək xəstəlikləri mütəxəssisi doktor Fornsvort işdən sonra dincəlmək, stresdən uzaq olmaq üçün bir yer istəyirdi.” deyə, Moris Parriş bildirir.

“Tarixi Abidələrin Qorunması üzrə Milli Fondun üzvü və “Farnsvort Evi” nin icraedici direktoru Moris Parriş deyir ki, 1945-ci ildə Farnsvort tanınmış memar Lyüdviq Mayesdən onun üçün dizayn hazırlamasını xahiş edir. Belə bir dizayn hazırlanır. “Bu, ilk modern ev həm Birləşmiş Ştatlarda, həm də dünyada məşhur oldu.”

Lyüdviq Mayes Van Der Rohun bu yerlərə tez-tez sel gəldiyini bildiyi üçün dizaynı buna uyğun hazırladı. “O özünün hesablamalarına uyğun olaraq evi yerdən bir metr yarımdan çox hündürlükdə, o vaxtlar qeydə alınmış ən yüksək sel səviyyəsindən daha hündür səviyyədə inşa etmək üçün dizayn hazırladı”.

Lakin 1950-ci illərin əvvəllərində ev tikilməyə başlayanda su səviyyəsi gözləndiyindən daha yüksək oldu. O vaxtdan bəri bu evə dəfələrlə su doldu və ev xeylə xəsarət aldı.

Moris Parriş deyir ki, bu ev hazırda Tarixi Abidələrin Qorunması üzrə Milli Fondun nəzarətindədir və fond evi başqa yerə köçürməyi düşünür.

Çikaqo memarı Dirk Lohan üçün “Farnsvort Evi” layihəsi trenddən daha artıq məna daışır. Ev onun babası Lyudviq Miyes Van Der Roh tərəfindən dizayn edilib və onun karyersasında böyük rol oynayıb. Lohan deyir ki, evi olduğu yerdə saxlamaq və hidravlik qaldırıcıdan istifadə edərək su səviyyəsindən yuxarı qaldırmaq lazımdır.

Ziyarətçilərin Lyudviq Miyes Van Der Rohun memarlıq sənətinə tamaşa etməsi üçün Tarixi Abidələrin Qorunması üzrə Milli Fondla qeyri-hökumət təşkilatı “Landmark İllinoys” birlikdə bu ilin sonunadək son qərarını verəcək.

XS
SM
MD
LG