Accessibility links

Senat gənc mühacirlərə yardım edəcək qanun layihəsini qəbul etməyib


Senat gənc mühacirlərə yardım edəcək qanun layihəsini qəbul etməyib
Senat gənc mühacirlərə yardım edəcək qanun layihəsini qəbul etməyib

ABŞ Senatı qeyri-qanuni mühacirlərin övladlarına ali məktəbdə təhsil almaq, ya da hərbi qüvvələrdə xidmət etmək məqsədilə ölkədə qanuni yaşamaq icazəsi verəcək qanuna səs verməyib. Bu gün keçirilən səsvermə ilə bu qanunvericilik aktı bu ilin sonu və belə görünür, gələn bir beçə il üçün gündəmə gətirilməyəcək. Qanun layihəsi Birləşmiş Ştatlarda təxminən 12 milyon qeyri-qanuni mühacirin statusunun müəyyən edilməsi məqsədilə əhatəli mühacirət islahatı istiqamətində ilk addım kimi qiymətləndirilirdi. Dream Act adı ilə tanınan layihə sənədləri olmayan mühacirlərin xarici ölkədə anadan olan övladlarına imtiyazları əhatə edirdi. Burada Birləşmiş Ştatlara daxil olarkən yaşı 16-dan az olan, ölkədə azı beş il yaşayan, yuxarı sinfləri bitirən, Amerika universitetlərində təhsil alan və ya hərbi qüvvələrdə xidmət edən mühacir uşaqlara ABŞ-da müvəqqəti yaşamaq icazəsi verilməsi nəzərdə tutulurdu.

XS
SM
MD
LG