Accessibility links

Obama İrana qarşı sanksiyaları sərtləşdirir

  • Amerikanın səsi

Obama İrana qarşı sanksiyaları sərtləşdirir

Obama İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ prezidenti Barak Obama İran hökuməti və ölkənin mərkəzi bankına qarşı daha ciddi sanksiyalar tətbiq edilməsi haqda göstəriş verərək, bunun İran banklarının sanksiyalardan yayınmaq üçün qeyri-qanuni maliyyə əməliyyatlarına qarşı yönəldiyini qeyd edib.

Bazar ertəsi günü açıqladığı bəyanatda ABŞ prezidenti bildirib ki, yeni məhdudiyyətlərə əsas İran rejiminin çirkli pulların yuyulmasına qarşı mübarizədə yol verdiyi çatışmazlıqlar və İranın beynəlxalq maliyyə sistemi üçün yaratdığı davamlı və qəbuledilməz risklər olub.

Birləşmiş Ştatlar və Avropa İttifaqı İranı uran zənginləşdirilməsi prosesinə son qoymağa vadar etmək məqsədilə İranın mərkəzi bankı və neft sənayesini əhatə edən sanksiyaları ciddiləşdirib.

İran bu yaxınlarda yerin altında yerləşən Fordo kompleksində uran zənginləşdirilməsi prosesinə başladığını elan edib. Proses ölkənin silah istehsalı qabiliyyətini sürətləndirə bilər.

XS
SM
MD
LG