Accessibility links

Prezident Obama:"İran məsələsində tam ciddiyəm"

  • Amerikanın səsi

Барак Обама

Барак Обама

Atlantic jurnalına müsahibədə ABŞ prezidenti İran nüvə silahı istehsal etsə, hərbi yoldan istifadə məsələsində ciddi olduğunu deyib

ABŞ prezidenti Barak Obama Tehran nüvə silahı istehsal etdiyi halda İrana qarşı hərbi gücdən istifadə etmək məsələsində ciddi olduğunu deyib.

Atlantic jurnalında dərc edilmiş müsahibədə ABŞ prezidenti deyib ki, hərbi yol da daxil olmaqla, bütün variantlar masa üzərində qalır.

Cənab Obama bu açıqlamaları İranın nüvə proqramı və İsrailin İrana qarşı mümkün hücumu ilə bağlı qlobal miqyasda narahatlıqların mövcud olduğu vaxt verib. İsrail və İran arasında mümkün müharibə və onun dünya miqyasında mümkün təsirləri prezident Obamanın narahatlığına səbəb olan başlıca məsələdir.

Bazar ertəsi ABŞ prezidenti Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edərək. Prezident Obama İranın terror qruplarına dəstək verməklə tanındığını və buna görə də nüvə silahlarının yayılmaması məsələsinin daha ciddi şəkildə gündəmə gəldiyini deyib.

Nüvə ambisiyalarının dinc məqsəd daşıdığını bildirən İran danışıqlar üçün müəyyən şərtlərlə beynəlxalq dialoqa hazır olduğuna işarə edərək, məsələ ilə bağlı bir sıra bəyanatlar verib.

İsrail və Qərb ölkələri İranı mülki enerji proqramı pərdəsi altında nüvə silahı istehsalına çalışmaqda ittiham edir. İran bu ittihamları rədd edir.

XS
SM
MD
LG