Accessibility links

ABŞ İrana qarşı sanksiyaları gücləndirir


ABŞ İrana qarşı sanksiyaları gücləndirir

ABŞ İrana qarşı sanksiyaları gücləndirir

ABŞ-ın Maliyyə nazirliyinin bəyanatında İran sanksiyalardan yayınmaq, ya da qeyri-qanuni fəaliyyətlərdə islam respublikasına kömək edən 21 şirkətə sahib olmaq və ya onlara nəzarət etməkdə ittiham edilir

Birləşmiş Ştatlar İranın nüvə sanksiyalarından yayınması, ya da terrorizmə dəstək verməsinə yardım edən şirkətlər, qurumlar və fərdi şəxslərə qarşı sanksiyalar tətbiq edildiyini elan edib. Maliyyə nazirliyinin bəyanatında İran sanksiyalardan yayınmaq, ya da qeyri-qanuni fəaliyyətlərdə islam respublikasına kömək edən 21 şirkətə sahib olmaq və ya onlara nəzarət etməkdə ittiham edilir. Maliyyə nazirliyi bidirir ki, buraya Belarusiyada yerləşən iki bank, Almaniyada iki investisiya, Avropa və Asiyada mədən və mühəndislik şirkətləri daxildir. ABŞ Maliyyə nazirliyi həmçinin İranın iki təşkilatı və yeddi İran vətəndaşının terrorizmi dəstəklədiyini müəyyən edərək, onlarla əlaqələri qadağan edib.

XS
SM
MD
LG