Accessibility links

İran ABŞ-ın sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətlənidirir

  • Amerikanın səsi

İran ABŞ-ın sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətlənidirir

İran ABŞ-ın sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətlənidirir

İranın Xarici işlər nazirliyi ABŞ-ın insan hüquqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq, Birləşmiş Ştatları İranın daxili işlərinə qarışmaqda ittiham edib. Bu həftənin əvvəli ABŞ prezidenti Barak Obama İranda mübahisəli prezident seçkilərindən sonra etiraz nümayişlərini dağıtmaqda ittiham olunan səkkiz İranın rəsmisinə qarşı sanksiyalar tətbiq edilməsi haqda fərman imzalayıb. İranın dövlət mətbuatı Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəstə istinadən xəbər verib ki, bu addım Amerikanın prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra iğtişaşları dəstəklədiyini sübut edir. ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların İran xalqını dəstəklədiyini təsdiq edib, lakin müxalifət hərəkatına heç bir şəkildə təsir etmədiyini bəyan edib.

XS
SM
MD
LG