Accessibility links

Amerikalı qadın məhkəmədə iştirak etmək üçün İrana çağırılıb


Amerikalı qadın məhkəmədə iştirak etmək üçün İrana çağırılıb
Amerikalı qadın məhkəmədə iştirak etmək üçün İrana çağırılıb

İran zaminə buraxılmış amerikalı qadının hələ də orada həbsxanada olan yoldaşları ilə məhkəmə qarşısına çıxarılmaq üçün ölkəyə çağırıb. Hökumətin sözçüsü bildirib ki, Sara Şörd fevralın 6-da keçiriləcək məhkəmə prosesində iştirak üçün İrana çağırılır. Keçən il sentyabr ayında zaminə buraxılmış Sara Şörd Birləşmiş Ştatlara qayıtmışdır. O, nişanlısı Şeyn Bauer və dostu Coş Fattalın azadlığa buraxılmasına çağırır. Üç nəfər 2009-cu ildə İraqın kürd regionundan İrana keçən zaman həbs edilib. İran onları casusluqda ittiham edir, lakin onlar dağlara çıxan zaman İran ərazisinə keçdiklərini bilmədiklərini deyirlər.

XS
SM
MD
LG