Accessibility links

Mahmud Əhmədinejadı müşayiət edən iranlı jurnalist ABŞ-da sığınacaq istədi


Həsən Gol Xanbanın ailəsi də İranı tərk edib

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında İran prezidenti Mahmud Əhmədinejadın səfəini işıqlandıran iranlı jurnalist Birləşmiş Ştatlarda siyasi sığınacaq istəyib.

Nyu-Yorklu vəkil Pol O’duayer Assoşieyted Press agentliyinə Həsən Gol Xanbanın İran xəbər agentliyində işlədiyini və BMT-nin sessiyasında iştirak edən prezident Mahmud Əhmədinejadı səfəri zamanı müşayiət etdiyini deyib

O’duayerin sözlərinə görə, Gol Xanbaninin həyat yoldaşı və iki uşağı o, ABŞ-a səfərə çıxan zamanı İranı tərk edib. Jurnalistin ailəsi onunla görüşmək üçün hazırda başqa ölkədədir.

Vəkil O’duayer bildirib ki, indi əsas məsələ Gol Xanbaninin ailəsinin ABŞ-a gətirilməsidir. O deyib ki, İranda prezident Əhmədinejadın səfərini əvvəllər işıqlandıran bir jurnalistin məhkum edilməsi daxil olmaqla, son hadisələr Gol Xanbaninin öz təhlükəsizliyinə görə narahat olmasına səbəb olmuşdur.

İranlı jurnalistin vəkilləri onun ərizəsini ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyinin Vətəndaşlıq və Mühacirət idarəsinə təqdim etdiyini və sığınacaq almaq üçün göstərdiyi dəlilləri sübut etmək üçün müsahibə prosesini gözlədiyini bildiriblər.
XS
SM
MD
LG