Accessibility links

Bu sözləri Amerika prezidenti ABŞ Milli İctimai Radiosuna müsahibəsində bildirib

ABŞ prezidenti Barak Obama İranla nüvə sazişinin mümkün olduğunu və bunun iki ölkə arasında daha böyük diplomatik əlaqə yaratmaq yolunda ilk addım olacağını bildirib.

Milli İctimai Radioya (NPR) müsahibəsində cənab Obama İranla əlaqələri inkişaf etdirmək istədiyini bildirib. Cənab Obama bunun yalnız İranın nüvə proqramının dinc mahiyyət daşıdığını sübut etməsindən , iqtisadiyyatının sanksiyaların təsiri olmadan inkişaf etməsindən və ölkənin beynəlxalq ictimaiyyətə yenidən inteqrasiya etməsindən sonra baş verə biləcəyini vurğulayıb.

Prezident Obama İranın təcriddən xilas olmaq və nüvə problemini həll edə bilmək üçün qarşısında böyük bir imkanı olduğunu bildirib və deyib ki, İran rəsmiləri bü fürsətdən istifadə etməlidir.

Barak Obama Kuba ilə əlaqələri bərpa edəcəyini açıqladıqdan sonra ABŞ-ın Tehranda səfirlik açıb-açmayacağına dair suala prezident bunun məlum olmadığını bildirib. Lakin o, “bunların hamısı tədricən olmalıdır,” deyə vurğulayıb.

XS
SM
MD
LG