Accessibility links

İran ABŞ-ın 13 iranlı dənizçini azad etməsini alqışlayıb


İran ABŞ-ın 13 iranlı dənizçini azad etməsini alqışlayıb
İran ABŞ-ın 13 iranlı dənizçini azad etməsini alqışlayıb

İran ABŞ-ın hərbi dəniz qüvvələrinin Ərəbistan dənizində dəniz quldurları tərəfindən girov saxlanan 13 iranlını azad etməsini alqışlayıb.

Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın dövlətə məxsus Əl-Ələm media şirkətinə müsahibə zamanı xilasetmə əməliyyatını humanitar aksiya kimi qiymətləndirib.

Lakin İranın yarı-rəsmi Fars xəbər agentliyi əmliyyatın əhəmiyyətini azaldaraq, onu adi bir insidentin Hollivudsayağı səhnələşdirilməsi adlandırıb.

Xilasetmə əməliyyatı ABŞ-ın təyyarə daşıyan USS Stennis gəmisini müşayiət edən hərbi dəniz qüvvələrinin gəmisi tərəfindən həyata keçirilib. Hadisə İranın ABŞ-ın hərbi gəmilərinin İran körfəzinə qayıtmaması haqda xəbərdarlıq verməsindən bir neçə gün sonra baş verib.

ABŞ-ın hərbi dəniz qüvvələri USS Kidd gəmisinin hərbi personalının iranlı balıqçıların Əl Molayi gəmisində 15 dəniz quldurunu həbs edib.

İran gəmisi bir aydan artıqdır dəniz quldurları tərəfindən ələ keçirilmişdir.

Somalidən olduqları ehtimal edilən dəniz quldurları USS Stennis təyyarə daşıyan gəmisində həbsdə saxlanır.

XS
SM
MD
LG