Accessibility links


Birləşmiş Ştatlar İranın mübahisəli nüvə proqramı ilə bağlı təzyiqləri davam etdirərək, islam respublikasının dövlət yayım şirkərinə qarşı sanksiya tətbiq edib.

ABŞ Maliyyə nazirliyi İran İslam Respublikasının dövlət yayım şirkəti və onun direktoru İzzətullah Zərqamiyə qarşı ölçülər götürərək, onun və şirkətin ABŞ-ın maliyyə sisteminə çıxış imkanlarına məhdudiyyətlər qoyub.

Yeni sanksiyalar həmçinin İranın kiber polisi, kütləvi informasiya vasitələrinə nəzarət xidməti və İran Elektron Sənaye şirkətinə şamil edilir.

ABŞ rəsmiləri sanksiyaların tətbiq edildiyi agentliklərin senzura tətbiq etdiyi, xarici yayım şirkətlərinin verilişləri bilərəkdən dalğaların vurduğu və siyasi fəalları təqib etmək məqsədilə sosial mediadan istifadə etdiyini bildirir.

ABŞ qanunlarına əsasən, Maliyyə nazirliyi azad informasiya axınının qarşısını alan hər bir şəxs, ya da quruma qarşı sanksiyalar tətbiq edə bilər.

Maliyyə nazirliyi bildirir ki, İranda 2009-cu il prezident seçkisindən sonra və Ərəb baharı dövrü Tehran xarici yayım şirkətləri, xüsusilə də BBC və Amerikanın Səsi stansiyalarının verilişlərinin yayımlanmasına maneələr yaratmışdır.
XS
SM
MD
LG