Accessibility links

ABŞ prokurorları İranın gəmiçilik şirkətini sanksiyaları pozmaqda ittiham edir


ABŞ prokurorları İranın gəmiçilik şirkətini sanksiyaları pozmaqda ittiham edir
ABŞ prokurorları İranın gəmiçilik şirkətini sanksiyaları pozmaqda ittiham edir

İranın ən böyük gəmiçilik şirkəti ABŞ-ın ticarət sanksiyalarını pozaraq, Amerika banklarına milyonlarla dollar köçürmək üçün saxta korporasiya adlarından istifadə etməkdə ittiham olunur.

Bu gün Nyu Yorkun Manhetten dairəsinin məhkəməsində oxunan ittihamnamədə deyilir ki, İran İslam Respublikasının İran Gəmiçilik şirkəti Nyu Yorkdakı bankları aldadaraq, 60 milyon dollar dəyərində pul köçürmələrini yerinə yetirmək üçün saxta şirkət adlarından istifadə edib.

İran şirkəti, onun 14 filialı və şirkətlə əlaqədar şəxslər biznes qeydiyyatlarının saxtalaşdırılmasında ittiham edilir. İran bu ittihamlara hələ cavab verməyib.

Buna əlavə oalraq, ABŞ-ın Maliyyə nazirliyi İranın gəmiçilik şirkəti ilə əlaqəsi olan 10 şirkət və üç ayı-ayrı şəxsə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

XS
SM
MD
LG