Accessibility links

Heydər Əl-Əbədi: İslam Dövlətinə qarşı qurudan da hücumlar edilməlidir


İraqın baş naziri Birləşmiş Ştatların başçılığı ilə İslam Dövləti qrupuna qarşı hava hücumlarının effektiv olduğunu desə də, beynəlxalq ictimaiyyətin yardımına daha çox ehtiyac olduğunu bildirib.

Bu gün Bağdadda Associated Press-ə müsahibəsi zamanı Heydər Əl-Əbədi İslam Dövlətinə qarşı qurudan da hücumlar edilməli olduğunu deyib və onu da vurğulayıb ki, beynəlxalq qüvvələr İraq ordusuna təlimləri sürətləndirməlidir.

Baş nazir deyib ki, biz ordumuza yardımlara görə minnətdarıq, lakin qurudan döyüşlərə başlanmasa qələbə əldə etmək mümkün olmayacaq.

Əbədi tez bir zamanda silah almaq və ehtiyacları ödəmək üçün İraqın yollar axtardığını deyib.

ABŞ prezidenti Barak Obama isə İraqa quru qüvvələr göndərməkdən imtina edir. O, keçən ilin avqust ayında İslam Dövləti yaraqlılarına qarşı yalnız hava hücumları kampaniyasına sərəncam verib.

XS
SM
MD
LG