Accessibility links

ABŞ İraqa necə yardım etmək fikrindədir [Təhlil-Video]


ABŞ-ın İraqla bağlı planları
please wait

No media source currently available

0:00 0:03:14 0:00
Birləşmiş Ştatlar bu yaxınlarda Ənbar vilayətinin Fəllucə və digər şəhərlərini zəbt edən yaraqlılara qarşı mübarizədə İraq hökumətinə yardım etmək istədiyini bildirib.
Vaşinqton İraqa vəd etdiyi 100 ədəd yer-hava tipli “Hellfire” raketləri, aerostat hava şarları və 10 ədəd pilotsuz təyyarəni tezliklə göndərəcəyini deyib.

​Pentaqon sözçüsü, ABŞ Hərbi Dəniz Qüvvələrinin komadiri Bill Spiks: “Bütün bunlar İraq ordusunun Əl-Qaidə ilə mübarizədə nəzarəti və kəşfiyyat imkanlarını artırmaq üçün nəzərdə tutulub.”




Lakin dəqiq hədəfləri nişan alan raketləri və oyuncaq ölçülü dronlar ABŞ-ın İraqda istifadəsinə qadağa qoyduğu tanklar və Apache vertolyotlarından daha zəifdir.

Birləşmiş Ştatlar keçmişdə cənab
Malikinin öz siyasi rəqibləri ilə sərt davranmasından şikayətlənib.

“globalsecurity.org”-dan təhlilçi Tim Braun deyir ki, Vaşinqton daha güclü silahlardan istifadə etməsi üçün Əl-Maliki hökumətinə etibar etmir. “Birləşmiş Ştatlar İraq hökumətinin təlim almadan və düzgün idarə etmədən bu silahlardan digər etnik qruplara qarşı istifadə edə biləcəyindən ehtiyat edir və ABŞ belə silahları güclü nəzarət altında saxlayır.”

İraqın Birləşmiş Ştatlardakı səfiri Loğman Əl-Faili ABŞ-ın İraqa daha çox təchizat göndərməsi yolunda çalışır. “Əsas məsələni mən Konqresdə və digər yerlərdə qaldıracağam, İraq sizin müttəfiqinizdir ya yox? Belədirsə, imtiyazlar lazımdır. Yox müttəfiq deyiliksə, müttəfiq olmaq üçün nə etmək lazımdır?”

​Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən təhlilçi Entoni Kordsman ABŞ-ın Maliki hökumətində dəyişikliklər etmək istədiyini deyir. “Bu, təkcə Əl-Qaidənin geri qayıtması demək deyil. Söhbət avtoritarlaşan hökumətin təhlükəsizlik qüvvələrindən sui-istifadə etməsindən gedir.”

Birləşmiş Ştatlar rəsmiləri deyirlər ki, İraq problemini təkcə Amerikanın hərbi texnikası ilə həll etmək olmaz. Onlar bu məsələyə vahid yanaşma, hərbi təlimlər və məsləhətlərlə nazirlər səviyyəsində yanaşılmalı olduğunu deyirlər.

ABŞ İraqa qüvvə göndərməyi istisna edir. Amma 2011-ci ildə ölkədən qoşunlarını tam çıxarandan bəri ABŞ-ın İraqa göndəridiyi hərbi təlimatçıların sayı 200-ə qalxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG