Accessibility links

ABŞ Müdafiə naziri İsrailə xəbərdarlıq edib


ABŞ Müdafiə naziri İsrailə xəbərdarlıq edib
ABŞ Müdafiə naziri İsrailə xəbərdarlıq edib

ABŞ-ın Müdafiə naziri Leon Panetta İsrailə Yaxın Şərqdə özünü ərəb qonşularından təcrid etməyə davam edə bilmədiyinə dair xəbərdarlıq edib.

Vaşinqtonda keçirilmiş forumda danışan Panetta deyib ki, İsrail fələstinlilərlə sülh danışıqlarını davam etdirmək üçün danışıqlar masasına qayıtmalıdır. Bununla yanaşı, o, İsraili Türkiyə, Misir və İordaniya kimi ənənəvi tərəfdaşlarla münasibətləri düzəltməyə çağırıb.

İsraildə bəzi siyasətçilər Ərəb baharı və Misirdə prezident Hüsnü Mübarək rejiminin devrilməsi ilə nəticələnən üsyanlara regional sabitlik və İsrailin təhlükəsizliyinə hədə kimi qiymətləndirir. L

akin ABŞ müdafiə naziri İsrail rəsmilərini bu yanlış fikirdən əl çəkməyə səsləyib. O deyib ki, İsrailin gələcəkdə təhlükəsizliyin təmin olunması üçün bəzi riskləri qəbul etməkdən başqa seçimi yoxdur.

Panetta fələstinlilərlə faktiki olaraq dayandırılmış proses adlandırdığı sülh danışıqlarını davam etdirilməsini qeyd edib. ABŞ Müdafiə naziri deyib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinin təmin edilməsi işinə sadiq qalır, lakin İsrail də diplomatik vasitələrlə regional təhlükəsliyi bərqərar etmək kimi bir məsuliyyət daşıyır.

Çıxışı zamanı müdafiə naziri İranın nüvə proqramı ilə bağlı narahatlıqlara da toxunub, lakin deyib ki, ABŞ hərbi qüvvədən istifadə edilməsini istisna etməsə də, İrana hücum əl atılacaq ən sonuncu seçimdir.

Onun sözlərinə görə, mümkün hərbi hücum İranın nüvə proqramını inkişaf etdirməsini iki il müddətinə dayandıra bilər, lakin bu eyni zamanda ABŞ və Avropa ölkələrinin iqtisadiyyatına öz təsirini göstərəcək.

XS
SM
MD
LG