Accessibility links

ABŞ-İsrail münasibətlərinin gələcəyi necə olacaq?


Çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahunun Likud partiyasının qələbəsi Birləşmiş Ştatlarla İsrail arasındakı münasibətlərinə təsiri üzrəində debatlara yol açıb. İki ölkə arasındakı müzakirələrdə əsas məsələlər İranın divara dirənmiş nüvə proqramı və sülh danışıqlarıdır.

Birləşmiş Ştatlarla İsrail arasındakı münasibətlərdə bəzi məsələlərin sual altında olduğu bir vaxt cənab Netanyahu partiyasının qələbəsini bayram edir.

Yaxın Şərqdəki sülh prosesi ilə əlaqədar iki ölkə arasında gərginlik yaranmışdı ki, buna səbəb cənab Netanyahunun Konqres qarşısında İranın nüvə proqramı ilə bağlı razılaşmaya qarşı və onun hakimiyyətdə olduğu müddətdə Fələsin dövlətinin olmayacağı kimi sərt çıxışları oldu. “Mənim fikrimcə Fələstin dövlətinin yaradılmasını və ya həmin ərazilərdən radikal islamçıların terror hücumları üçün istifadə etmələrinə imkan verənlər İsrailə qarşı olanlardır.”

Benyamin Netanyahunun president Obama, eləcə də fələstinlilərin prezidenti Abbasa münasibəti göz qabağındadır. O, etimad yaranması üçün sıx münasibətlər qurmur.
Neri Zilber

Çərşənbə axşamı keçirilən seçkilərin nəticələri ilə bağlı Dövlət Departamenti neytral mövqedən yanaşdı və Vaşinqtonun seçkilərin nəticələrindən asılı olmayaraq, İsraillə iş birliyini davam etdirəcəyini dedi. “Biz Yaxın Şərqdə sülh və təhlükəsizlik sahəsindəki razılıq da daxil edilməklə, İsrailin növbəti hökuməti ilə işimizi davam etdirməyə hazırıq,” deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Vaşinqton İnstitutundan təhlilçi Neri Zilber deyir ki, cənab Netanyahu məsələlərə özünün şəxsi münasibəti və davranışı ilə Birləşmiş Ştatlar üçün problem ola bilər. “Cənab Netanyahunun president Obama, eləcə də fələstinlilərin prezidenti Abbasa münasibəti göz qabağındadır. O, etimad yaranması üçün sıx münasibətlər qurmur.”

Zilber fikir ayrılıqlarına baxmayaraq, ABŞ-ın İsraildə öz prioritetlərinə diqqət ayıracağını deyir.

Dördüncü dəfə baş nazir olan cənab Netanyahu qarşıdan gələn iki-üç həftə ərzində höküməti formalaşdırmağı planlaşdıracağını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG