Accessibility links

ABŞ və Cənubi Koreya arasında azad ticarətə dair yeni razılaşma imzalanıb

  • Amerikanın səsi

Cənubi Koreyanın Ticarət naziri Kim Yonq-hun

Cənubi Koreyanın Ticarət naziri Kim Yonq-hun

ABŞ prezidenti Barak Obama Cənubi Koreya ilə azad ticarətə dair yeni razılaşmanın Amerika iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsində əsas rol oynayacağını deyib. Prezident Obama bu açıqlamaları bu gün Vaşinqtonda müxbirlərlə söhbəti zamanı verib. O, razılaşmanın ABŞ ixracatının ildə 11 milyard dollar artması və 70 000 iş yerinin saxlanılmasına xidmət edəcəyini deyib. ABŞ prezidenti bildirib ki, müqavilə Cənubi Koreya bazarına çıxış inkanlarını genişləndirərək, xüsusilə Amerikanın avtomobil sənayesi üçün faydalı olacaq. Müqavilə hər iki ölkənin qanunvericilik orqanı tərəfindən təsdiq edilməlidir.

XS
SM
MD
LG