Accessibility links

ABŞ-Kuba arasında səyahət gəmisi xidməti bərpa edilib


Dünən ABŞ-Kuba münasibətlərinin möhkəmlənməsinə işarə kimi son 50 ildə ilk dəfə olaraq ABŞ-dan Kubaya sərnişin daşıyan səyahət gəmisi yola düşüb.

Karnival Adonia səyahət gəmisi və göyərtəsində olan 700 sərnişin Mayamidən Havana şəhərinə yola düşüb.

Adonia gəmisi hər ay iki dəfə Havanaya səyahət edəcək.

Havana rəsmiləri Kuba diasporasının üzvlərinin vətənlərinə qayıdaraq yerli müxalif siyasətçilərə təsir göstərməsindən ehtiyat etdiklərinə görə, bu səfərin baş tutmaması potensialı yüksək olub.

ABŞ və Kuba rəsmiləri arasında danışıqlardan sonra bu narahatlıq aradan qaldırılıb.

İki ölkə arasında daimi uçuş xidmətləri bu ilin sonundan etibarən fəaliyyətə başlayacaq.

XS
SM
MD
LG