Accessibility links

Kürdlər daha geniş muxtariyyət qazanmağa üstünlük verdikləri üçün Əsəd əleyhinə qüvvələrə indiyə qədər dəstək verməyib

Obama administrasiyası Suriyada siyasi müxalifəti birləşdirmək səyləri ilə yanaşı, Suriyada kürdlər və prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan qüvvələr arasında münasibətlərin yaxşılaşmasına çalışır. Kurd liderləri cənab Əsədə qarşı koalisiyaya qoşulmayaraq, daha geniş muxtariyyət əldə etməyə çalışır.

Prezident Əsədin opponentləri onu hakimiyyətdən salmaq üçün vahid strategiya tapa bilməyiblər. Prezident Suriyanın daxilində və xaricində daha geniş muxtariyyət qazanmağa çalışan kürdlərə siyasi azadlıqlar verməklə dissident əhval-ruhiyyəni bir qədər dəyişməyə nail olub. Malou İnnosent Vaşinqtonda Yaxın Şərq institunda təhlilçidir: “Bunun nəticəsində onların vəziyyətində dəyişiklik oldu və onlar özlərinə belə bir sual verdilər:biz üsyançılara köməyi davam etdirməliyikmi, yoxsa bu vəziyyəti qəbul edib, Əsədin hakimiyyətdə nə qədər qala biləcəyini gözləməliyikmi?”

Kürd liderlər Suriya müxalifətinin birləşməsi üçün səylərini dayandıraraq, onların muxtariyyəti məsələsinə adekvat münasibət göstərilmədiyini bildirir. Suriyadan kənarda müxalifət liderləri deyir ki, kürdlər Əsəddən sonra vahid dövlət ideyasına sadiq deyil.

Stiv Heyderman ABŞ-ın Sülh institutunda Yaxın Şərq proqramlarının müşaviridir: “Sürgündə olan aparıcı müxalifət qüvvələri ilə Suriya kürdləri arasında antoqonist və olduqca gərgin münasibətlər mövcud olub. Burada məsələ qarşılıqlı etibarın olmaması ilə əlaqədardır.”

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, Obama administrasiyası Əsədin opponentlərinin kürdləri də qəbul etməsinə təşviq edir: “Suriyadanın özündən azad edilmiş ərazilərdə kürd və sünni əhalinin bir-biri ilə işlədiyi haqda məlumatlar gəlir. Bu, bizim istədiyimiz bir istiqamətdir.”

Amma ABŞ-ın ölkədən-ölkəyə kürd icmasına münasibətdə siyasəti fərqlənir. Türkiyədə məsələn, Suriyanın ən böyük kürd qruplarının Kürdüstan Fəhlə partiyası ilə əlaqələri ilə bağlı narahatlıqlar mövcuddur. ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyır.

İraqda ABŞ hərbi qüvvələri kürdləri Səddam Hüseyndən müdafiə edərək, son 20 ildə Kürdüstanın yardaılmasına imkan vermişdir.

Stiv Heyderman deyir ki, Suriya kürdləri Türkiyədə və İraqdakı kürdlərlə bölüşdükləri daha geniş məqsədlərə görə Əsəd əleyhinə koalisiyaya qoşulmağa tələsmirdi: “Onların rejimlə müxafilət əleyhinə oyunda iştirakına inanmıram. Lakin onlar bu məqamdan yaranmış fürsətdən istifadə etməyə çalışıb, indiyə kimi heç bir tərəfin nəzərə almadığı narahatlıqlarını ünvanlaya biləcəklərinə ümid bəsləyirlər.”

Suriyada əsas etibarilə kürdlərin yaşadığı ərazilərdə gedən münaqişə nəticəsində minlərlə insan Türkiyə və İraqa qaçmalı olur.
XS
SM
MD
LG