Accessibility links

ABŞ müdafiə naziri Manas bazası ilə bağlı danışıqlar aparmaq üçün Qırğızıstandadır

  • Amerikanın səsi

ABŞ-ın Müdafiə naziri Leon Panetta Manas hərbi bazasından istifadə müddətinin uzadılması məsələsini müzakirə etmək üçün Qırğızıstana səfər edib. ABŞ silahlı qüvvələrinin bazadan istifadəsinə dair müqavilənin müddəti 2014-cü ildə vaxtı bitir.

Manas hərbi bazası Əfqanıstana təchizat daşınması və əsgərlərin ölkəyə yerləşdirilməsində istifadə edilir. Müdafiə naziri

Panetta səfər zamanı Qırğızıstanın Müdafiə Şurasının başçısı Busurmankul Tabaldiyev və Qırğızıstanın Müdafiə naziri Taalaybek Omuraliyevlə görüşüb. Görüşün əvvəli Tabaldiyev müxbirlərə deyib ki, 2014-cü ildən sonra Manasda hərbi missiya olmamalıdır. O, bazanın mülki kommersiya müəssisəsi olduğunu bildirib.

Bununla belə, Panetta ilə səfər edən ABŞ rəsmisi məsələ ətrafında danışıqlarda müəyyən nikbinliyə əsas olduğunu deyib. Bazanın itirilməsi ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması prosesini mürəkkəbləşdirə bilər. Birləşmiş Ştatlar 2012-cü ilə qədər silahlı qüvvələrini Əfqanıstandan çıxarmağı planlaşdırır.

Manas hərbi bazası iki ölkə arasında mübahisə mənbəyinə çevrilmişdir. 2009-cu ildə Qırğızıstan hökuməti bazanı bağlamaqla hədələmiş, lakin ABŞ bazanın icarə haqqını 17, 5 miyon dollardan 60 milyon dollara çatdırdıqdan sonra fikrini dəyişmişdir.

XS
SM
MD
LG