Accessibility links

Döş xərçəngi ilə mübarizə kampaniyasının pioneri Evelin Loder dünyasını dəyişib

  • Amerikanın səsi

Döş xərçəngi ilə mübarizə kampaniyasının pioneri Evelin Loder dünyasını dəyişib

Döş xərçəngi ilə mübarizə kampaniyasının pioneri Evelin Loder dünyasını dəyişib

Amerikada döş xərçəngi xəstəliyi ilə mübarizə məqsədilə “Çəhrayı Lent” kampaniyasının əsasını qoymuş Evelin Loder dünyasını dəyişib. Xanım Loder məşhur kosmetika şirkətinin(Estee Lauder) əsasını qoymuş Esti Loderin gəlini idi.

Evelin Loder şənbə günü xərşəng xəstəliyi nəticəsində Nyu-Yorkda vəfat etmişdir. Onun 75 yaşı var idi.

1992-ci ildə özünə xərçəng xəstəliyi diaqnozu qoyulduqdan sonra Evelin Loder qadınları döş xərçəngi xəstəliyi ilə məlumatlandırmaq məqsədilə kiçik çəhrayı lentlər hazırlamağa başlayır. Bu lentlər sonradan bütün dünyada doş xərçəngi xəstəliyi ilə mübarizənin simvoluna çevrilir.

Estee Lauder şirkətinin o zaman prezidenti Leonard Loderin həyat yoldaşı olan Evelin Loder şirkətin vitse-prezidenti kimi onun dünya səviyyəsində aparıcı kosmetika şirkətinə çevrilməsində müstəsna rol oynamışdır.

Evelin Loder 1938-ci ildə Vyanada anadan olmuşdur. O, valideynləri ilə birlikdə İkinci Dünya müharibəsi zamanı nasistlərin işğal etdiyi Avstriyadan qaçaraq, Amerikaya, Nyu-Yorka mühacirət etmişdir.

Cəhrayı Lent kampaniyası Konqres tərəfindən tanınıraq, ABŞ-da hər il oktyabr ayının Döş Xərçəngi haqda Məlumatlandırılma ayı elan edilməsi ilə nəticələnmişdir.

Evelin Loderin döş xərçəngi xəstəliyinin müalicəsi məqsədilə araşdırmalar üçün yaratdığı fond vasitəsilə 330 milyon dollardan çox vəsait toplanmışdır. Onun qayınanası Este Loder 2004-cü ildə 97 yaşında vəfat etmişdir.

XS
SM
MD
LG