Accessibility links

Birləşmiş Ştatlar boyu LGBT yürüşləri keçirilib


Yüz minlərlə lesbian, biseksual, homoseksual və transgender Birləşmiş Ştatlar boyu etiraz yürüşləri keçirərək, hüquqlarının tam təmin edilməsini tələb edib.

Müxtəlif adlar altında keçirilən yürüşlər Vaşinqton mahalında Bərabərlik Marşı adlanıb.

Yürüş iştirakçılarının çoxu Obama administrasiyası tərəfindən əldə edilən nailiyyətlərə Ağ Evdə hazırkı Tramp idarəçiliyi tərəfindən məhəl qoyulmamasından şikayət edib.

Prezident Tramp homoseksualların hüqüqları məsələsinə az toxunsa da, vitse-prezident Mayk Pens və baş prokuror Ceff Seşşon da daxil edilməklə, onun administrasiyasının bir neçə üzvü homoseksual icmasını açıq şəkildə tənqid edir.

Onlar həmçinin Obamanın iyun ayının Homoseksuallar Paradı ənənəsini də davam etdirmədiyindən şikayətlənir.

Bazar künü keçirilən yürüşlər zamanı bir il əvvəl Floridanın Orlando şəhərində homoseksualların Pulse gecə klubundakı qətliam qurbanlarının da xatirəsi anılıb.

İslam Dövləti qrupunun tərəfdarı olan şəxs tərəfindən 49 nəfəri qətlə yetirilməsi və 50-dən çox insanın yaralanması Birləşmiş Ştatlar tarixində nifrət zəminində ən dəhşətli cinayətlərdən biri hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG