Accessibility links

ABŞ-ın ədliyyə məsələləri üzrə müşaviri administrasiyanın Liviya kampaniyasını dəstəkləyir

  • Amerikanın səsi

ABŞ-ın ədliyyə məsələləri üzrə müşaviri administrasiyanın Liviya kampaniyasını dəstəkləyir

ABŞ-ın ədliyyə məsələləri üzrə müşaviri administrasiyanın Liviya kampaniyasını dəstəkləyir

ABŞ hökumətinin ədliyyə məsələləri üzrə yüksək səviyyəli müşaviri prezident Barak Obamanın Liviyaya müdaxiləsini müdafiə edərək, administrasiyanın qanun çərçivəsində hərəkət etdiyini deyib. Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı danışan Dövlət Departamentinin ədliyyə məsələləri üzrə müşaviri Harold Kox deyib ki, Liviyada vəziyyət Konstitusiyaya uyğun olaraq Konqres tərəfindən təsdil edilməsi lazım olan müharibə kimi qiymətləndirilmir. O bəyan edib ki, məhdud xarakter daşıdığına görə, ABŞ-ın NATO-nun başçılığı ilə Liviya lideri Müəmmar Qəzzafiyə qarşı əməliyyatlarına hərbi dəstək verməsi üçün 1973-cü ilin müharibəyə başlamağa icazə verən qətnamə ilə təsdiq edilməsinə ehtiyac yox idi. Qətnaməyə əsasən ABŞ silahlı qüvvələrinin münaqişəyə daxil olduğu gündən başlayaraq 60 gün ərzində hərbi əməliyyatlar Konqres tərəfindən təsdiq edilməlidir.

XS
SM
MD
LG