Accessibility links

ABŞ-ın tibbi marixuananı qanuniləşdirən ştatlarının sayı artır [Video]


ABŞ-ın tibbi marixuananı qanuniləşdirən ştatlarının sayı artır
please wait

No media source currently available

0:00 0:03:58 0:00

Keçən həftə Arkanzas ştatı Birləşmiş Ştatlarda marixuananın tibbi məqsədlə istifadəsinə icazə verən ştatlar sırasına daxil oldu. Bundan əvvəl marixuanadan tibbi sahədə istifadəyə icazə verilən qanun səkkiz ştatda qəbul edilmişdi. Lakin bəzi ştatların anaşadan tibbi məqsədlə istidafəyə icazə verməsinə baxmayaraq, federal qanuna əsasən bu maddədən icazəsiz istifadə qadağandır.

Arkanzas seçiciləri marixuanadan tibbi məqsədlə istifadənin xeyirli olacağını düşünür. Lakin hazırda yerli hökumət bir həftə bundan əvvəl qadağan edilən marixuananın necə satılacağı və bu bitkidən necə istifadə ediləcəyinə nəzarətə dair təcili qərar çıxarmalıdır. Arkanzasın Maliyyə və Administrasiya Nazirlyindən Ceyk Blid: “Bununla bağlı bir sıra qaydalar var və biz çox sayda sual qarşısındayıq. Bizə çox sayda suallar gəlir. Biz bu suallara cavab vermək üçün işləməliyik."

Tibbi marixuanadan hazırda qlaukoma, Kron xəstəliyi ilə əlaqədar ağrıların kəsilməsi, eləcə də kimya terapiyası, HİV və epilepsiya ilə əlaqədar ürək bulanmasının qarşısının alınması məqsədilə istifadə edilir.

Ştatlarda qanunlar yüngülləşsə də, federal hökumət hələ də marixuananı yetişdirilməsi, satışı və ondan istifadənin qeyri-qanuni olduğunu bildirir. “Obama administrasiyası bu kimi təşəbbüsləri irəli sürən ştatlara imtiyazlar verir ki, onlar federal hüquq-mühafizə orqanlarından çəkinməsin, çünki bu hələ də federal qanunlarının pozulması sayılır. Tramp administrasiyası buna necə yanaşacaq? Bizim hələ buna münasibət bildirəcək yeni baş prokurorumuz yoxdur” deyə, Arkanzas ştatının qubernatoru Asa Hatçinson bildirir.

Bu arada isə marixuananın qeyri-qanuni olduğu Texas kimi ştatlarda bunun tərəfdarları məsələyə yenidən baxmağa çağırır.

Əsasən də müharibələrdə iştirak edən və post-travma sindromu olan veteranlar marixuananın onlara yardım edəcəyini iddia edirlər.

Bu məsələ ilə bağlı sualların artdığı bir vaxt, marixuananın qanuni olduğu ştatlara bu, böyük maliyyə gətirir. Belə görünür ki, digər ştatlar da gələcəkdə bu otun istifadəsini qanuniləşdirməyə çalışacaq.

XS
SM
MD
LG