Accessibility links

ABŞ prezidenti Barak Obama ölkədə hərbi münaqişələrdə həlak olanların anıldığı Xatirə günündə müharibə veteranları və onların ailələri ilə görüşüb.

Prezident Obama Vaşinqtonda Vyetnam müharibəsi veteranlarının xatirəsinə qoyulmluş Vyetnam memorialı və şəhərdən kənarda Arlinqton fəxri xiyabanını ziyarət edib.

Mərasimdə çıxış edən prezident Obama Amerikanın onun uğrunda həyatlarını qurban vermiş adamların fədakarlıqlarına dəyən ölkə olması üçün daim səy göstərməli olduğunu söyləyib.

Müdafiə naziri Leon Panetta bildirib ki, Arlinqton Qəbiristanlığında uyuyan 260,000 veteranın məzarları millətə müntəzəm şəkildə xatırladır ki, "azadlıq havayı deyil." O, 2001-ci il 11 sentyabr hücumlarından bəri ABŞ-ın xaricdə apardığı müharibələrdə 6,400 amerikalının həlak olduğunu qeyd edib.

Xatirə günü ilk dəfə 1868-cı ildə Amerikada 600 min insanın həyatını aparmış Vətəndaş müharibəsinin bitməsindən üç il sonra qeyd edilməyə başlanıb.

Cənab Obama Amerika xalqına həftəlik müraciətində deyib ki, Xatirə günü həyatlarını qurban vermiş insanların anılması və münaqişələrdən sonra vətənə qayıtmış veteranlara qayğı göstərilməsi vaxtıdır.

XS
SM
MD
LG